FaceBook Pixel

3D MAX

ELOS OPT sistem + Nd:YAG Q-Switch lazer + RF

2 ekran, 2 fərqli menyu ilə eyni zamanda 2 fərqli proseduru həyata keçirmə imkanı.

ELOS sistemi iki enerji – İŞIQ və ELEKTRO birləşmiş halda yaradılmış modern epilyasiya aparatıdır. İki dalğanın eyni mənbədə tətbiq olunması digər aparatlardan fərqli olaraq həm sarı, həm də tünd rəngli tükləri epilyasiya etməyə imkan verir. Eyni zamanda dəri müalicəsi – dəri rənginin açılması, cavanlaşma, sızanaq və sızanaq sonrası ləkələrin aradan qaldırılmasında istifadə olunur.

Nd:YAG Q-Switch lazer – Aparatın yüksək enerjili olması, çox qısa saniyələr ərzində ətraf toxumalara zərər vermədən istənilən rəngli döymələri, qalıcı makiyajı silməyə imkan verir.

Karbon Pilinq – dəridə olan istənilən növ ləkələrin, ölü hüceyrələrin təmizlənməsi  və regenerasiya xüsusiyyətinin artmasına istiqamətlənmişdir. Bu zaman dəriyə xüsusi gel çəkilir və Nd:YAG lazer vasitəsi ilə işlənilir. Lazer şüasının təsirindən gel mikro hissəciklərə parçalanaraq dəridə mikro travmaya səbəb olur. Lazer şüası və mikro travma nəticəsində fibralstlar aktivləşir, kollagen sintezi artır. Nəticədə xırda qırışlar aradan qalxaraq, dəri tonusu artır. Eyni zamanda lazer şüası vasitəsi ilə qanda CO2 miqdarı kəskin artır, damarlar genişlənir və nəticədə lokal qan dövranı yaxşılaşır.

RF liftinq – ətraf toxumalara zərər vurmadan, hədəf toxumalara termiki təsirin ötürülməsinə əsaslanmışdır. RF fibroblastları aktivləşdirərək, kollagen sintezini artırır. Xırda qırışların, piqment ləkələrin aradan qaldırılması, dəri tonusunun artırılmasını və anti-age istiqamətində istifadə olunan optimal aparat hesab olunur. Nahiyədən asılı olaraq müxtəlif temperaturda termiki təsir nəticəsində fibroblastlar aktivləşir, damarlar genişlənir və mikrosirkulyasiya yaxşılaşır. Nəticədə dəri daha canlı, parlaq və hamar görünüş əldə edir.

Texniki xüsusiyyətlər:

ELOS OPT

  • Dalğa uzunluğu – 400-1200 nm
  • İmpuls sayı – 500.000
  • Tezlik -10 Hz
  • Soyutma sistemi – kuler, su, buz başlıq (dərinin təmasda soyudulması)
  • Güc – 1500 W
  • Enerji – 50 Jsm2
  • İmpuls müddəti – 10 ms
  • Spot ölçüsü – 60*20 mm
  • Enerji ötürülməsi – sapfir kristal

Neodim (Nd:YAG Q-Switch)

  • Dalğa uzunluğu – 1320 nm, 1064 nm, 532 nm
  • Nd: YAG
  • İmpulsların sayı – 1.000.000
  • Sürət – 10 Hz
  • Enerji – 2000 Jsm2
  • Spot ölçüsü – 3 mm
  • Güc ötürücüsü – lazer generatoru

RF

  • İmpuls müddəti – 10 ms
  • Enerji – 50 Jsm2
  • Spot ölçüsü -6 mm, 15 mm

The product has been added to your cart.

Continue shopping View Cart