Nd:YAG Q-switch Lazer 1064 nm dalğa uzunluğuna malik cihazdır. Nd:YAG Q-switch – döymələrin, qalıcı makiyajın silinməsi, karbon pilinq, damar müalicəsi, piqment ləkələrdə istifadə olunur. Dərin piqmentlər üçün 1064 nm, səthi piqmentlər üçün 532 nm, 1320 nm isə dəri cavanlaşma üçün istifadə olunur. Güclü lakin, çox qısa müddətli işıq impulslarının enerjisi dərhal piqment (xromofor) tərəfindən qəbul olunur. Nəticədə, boya hissəcikləri ayrı-ayrı molekullara parçalanır. Molekullar bədənin immun sistemi tərəfindən limfatik yollardan xaric olur. Şuanın nöqtəli və lokal təsir nəticəsində toxumaların zədələnməsi və istilik yanması riskləri müşahidə olunmur.
Nd:YAG Q-switch lazer texniki xüsusiyyətləri:
- Dalğa boyu -1064 nm, 532nm, 755 nm
- Ümumi enerji – 2000 Jsm2
- Sürət -10 Hz