FaceBook Pixel

Lumenix

ELOS OPT SİSTEM + Nd: YAG Q-Switch laser + RF

Elos işıq və bipolyar radiodalğaların optik enerjisi eyni anda tətbiq etməklə yaradılmış modern epilyasiya aparatıdır. Daha az optik enerjisinin tətbiq olunması etanil dəri tipində, istənilən rəngli tükləri epilyasiya etməyə imkan verir.  İki dalğanın eyni mənbədə tətbiq olunması digər aparatlardan fərqli olaraq həm sarı, həm də tünd rəngli tükləri epilyasiya etməyə imkan verir. Eyni zamanda dəri müalicəsi – dəri rənginin açılması, cavanlaşma, sızanaq və sızanaq sonrası ləkələrin aradan qaldırılmasında istifadə olunur.

Nd:YAG Q-switch lazer – Aparatın yüksək enerjili olması, çox qısa saniyələr ərzində ətraf toxumalara zərər vermədən istənilən rəngli döymələri, qalıcı makiyajı silməyə imkan verir.

Karbon pilinq – dəridə olan istənilən növ ləkələrin, ölü hüceyrələrin təmizlənməsi  və regenerasiya xüsusiyyətinin artmasına istiqamətlənmişdir. Bu zaman dəriyə xüsusi gel çəkilir və Nd:YAG lazer vasitəsi ilə işlənilir. Lazer şüasının təsirindən gel mikro hissəciklərə parçalanaraq dəridə mikrotravmaya səbəb olur. Lazer şüası və mikro travma nəticəsində fibralstlar aktivləşir, kollagen sintezi artır. Nəticədə xırda qırışlar aradan qalxaraq, dəri tonusu artır olan. Eyni zamanda lazer şüası vasitəsi ilə qanda CO2 miqdarı kəskin artır, damarlar genişlənir və nəticədə lokal qan dövranı yaxşılaşır.

RF liftinq – ətraf toxumalara zərər vurmadan, hədəf toxumalara termiki təsirin ötürülməsinə əsaslanmışdır. RF fibroblastları aktivləşdirərək, kollagen sintezini artırır. Xırda qırışların, pigment ləkələrin aradan qaldırılması, dəri tonusunun artırmasını və anti-age istiqamətində istifadə olunan optimal aparat hesab olunur. Nahiyədən asılı olaraq müxtəlif temperaturda termiki təsir nəticəsində fibroblastlar aktivləşir, damarlar genişlənir və mikrosirkulyasiya yaxşılaşır. Nəticədə dəri daha canlı, parlaq və hamar görünüş əldə edir.

Texniki xüsusiyyətlər:

ELOS OPT

  • Dalğa uzunluğu – 400-1200 nm
  • İmpulsların sayı – 500.000
  • Sürət -10 Hz
  • Soyutma sistemi – kuler, su, buz başlıq(dərinin təmasda soyudulması)
  • Lazer istehsal gücü – 1000 W
  • Ümumi enerji – 50 Jsm2
  • Nəbz müddəti – 10 ms
  • Spot ölçüsü – 60 * 20 mm
  • Enerji ötürülməsi – sapfir ucu

Neodim (Nd: YAG Q-Switch)

  • Dalğa uzunluğu – 1064 nm, 532 nm
  • İmpulsların sayı – 1.000.000
  • Sürət – 10 Hz
  • Ümumi enerji – 2000 Jsm2
  • Spot ölçüsü – 3 mm
  • Güc ötürücüsü – lazer generatoru

RF

  • Nəbz müddəti – 10 ms
  • Ümumi enerji – 50 Jsm2
  • Spot ölçüsü -6 mm, 15 mm

The product has been added to your cart.

Continue shopping View Cart