Tip – IPL, DPL.
Elos epilyasiya, tatu, karbon pilinq, dəri cavanlaşma prosedurları üçün nəzərdə tutulub.
İPL – ən təhlükəsiz və ağrısız epilyasiya metodlarından biridir. Bunun səbəbi işıq axınının dəri səthində qısa müddətli təsiri və dəri fototipini nəzərə alaraq şüalanma gücünün, impulsun müddətinin fərdi seçilməsidir.
DPL – dəri ağartma, dəri cavanlaşma, piqment ləkələrin və kuperozun müalicəsi üçün nəzərdə tutulub.
ND:YAG Q-Switch lazer – Aparatın yüksək enerjili, çox qısa saniyələr ərzində impuls generasiya etməsi (nano-saniyə) ətraf toxumalara zərər vermədən istənilən rəngli döymələri, qalıcı makiyajı silməyə imkan verir.
Əsas funksiyaları:
- Elos epilyasiyası
- Elos cavanlaşma
- Post akne və piqment ləkələrin silinməsi
- Xırda damar kapilyarların götürülməsi
- Tatu və döymələrin silinməsi
- Karbon pilinq
Texniki xüsusiyyətləri:
- Dalğa uzunluğu (Elos başlıq) – 640 nm, 530 nm, 480 nm
- Dalğa uzunluğu (Q-Switch lazer) – 532 nm, 1064 nm, 1320 nm
- İmpulsların sayı – 500.000 – 1000 000
- İmpulsun tezliyi – 10 Hz
- İmpulsun müddəti – 10 ms
- Spot ölçü – 60 * 20 mm
- Güc – 2000 Vt
- Enerji – 50 C\sm2
- Enerjinin ötürülməsi – sapfir kristal