Multishape II
Cihazın növü: Bədən incəldici cihaz
CİHAZ HAQQINDA
Multishape II — sürətli estetik nəticələr verən tibbi cihazdır. Bədən həcmini azaltmaq üçün xüsusi olaraq hazırlanmış çoxfunksiyalı bir vasitədir. Multishape texnologiyası, FDA tərəfindən ən yaxşı qeyri-invaziv bədən konturlama cihazı olaraq tanınır.
Multishape II ilə anti-sellülit masajı zamanı aşağıdakı 4 fərqli texnologiya tətbiq olunur:
-Bipolyar radio dalğaları
-Kavitasiya və infraqırmızı şüalar
-Pulsasiya edən vakuum masajı
-Mexaniki rulon masajı
Klinik tədqiqatlar, Multishape II-nin 4 prosedurdan sonra effektivliyini sübut etmişdir. Multishape II-nin təsiri yalnız dəri üst qatları ilə məhdudlaşmır, həm də dərin toxumalara təsir edərək sellülitdən xilas olmağa, bədən həcmini azaltmağa və dəri tonusunu artırmağa kömək edir.
Texniki xüsusiyyətlər:
-Kavitasiya və infraqırmızı şüalar (IR) dəri qatını 5 mm dərinliyə qədər isidir;
-Bipolyar radio dalğaları (RF) yağ toxumasına 2-20 mm dərinlikdə təsir edir;
-Pulsasiya edən vakuum və mexaniki rulon masajı dəri üst qatını düzəldir və yağlı toxumalara yerli istilik təmin edir.
Bu səbəbdən prosedur boyun, çənə, qarın, bud, yuxarı qol, daxili və xarici bud, sinə, bel, ayaqlar kimi bədənin hər hansı bir hissəsində həyata keçirilə bilər.