Vaskulyar Diod lazer. Diod lazerin əsas iş prinsipi fototermolizə əsaslanmışdır ki, bu zaman 980nm dalğa uzunluğuna malik lazer şüası selektiv olaraq qanda hemoqlobin tərəfindən adsorbsiya olunur. Lazer şüasının təsirindən hemoqlobin qızır, damar divarı zədələnir və potoloji damarın aradan qaldırılmasına səbəb olur. Selektiv fototermoliz nəticəsində ətraf toxuma zədələnmədən kosmetik nəticə əldə olunur. Diod vascuların lazer əsas göstərişlər: istənilən nahiyyədə olan teleangioektaziya, damar ulduzcuqları, hemangiomalar, kuperozun müalicəsi.